Universiadanın kişi voleybolunda iki komanda mübarizə aparacaq

Universiadanın kişi voleybolunda iki komanda mübarizə aparacaq

Baxış sayı: 3. 048 dəfə baxılıb.

Kişilərdən ibarət yığmamızın baş məşqçisi Fərid Cəlalov Türk Universiadası üçün heyəti açıqlayıb. 

ÇıxışYolu.Com xəbər verir ki, Bakıda keçiriləcək yarışda Kənan Allahverdiyev, Asif Əliyev, Elmin Alışanov, Vüsal Rüstəmov, Dmitri Baranov, Andrey Vasilenko, İvan Kazaçkov, Ruslan Əliyev, Rudix Yaroslav, Vüqar Bayramov, Aqil Ağazadə və Tural Həsənli millinin heyətində yer alacaq.

Yığmamızın rəqibi yalnız Türkiyə olacaq. Komandalar ilk qarşılaşmasına aprelin 7-də, ikinci oyununa ertəsi gün çıxacaqlar. Matçlar saat 15:00-da başlayacaq.

Qadın voleybolunda isə dörd komanda mübarizə aparacaq. Bunlar Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan milliləri olacaq.

Qeyd edək ki, voleybol oyunları “Azəryol” Voleybol İdman Mərkəzində keçiriləcək.

Xatırladaq ki, ilk dəfə Bakıda keçiriləcək Türk Universiadasında futzalda da cəmi iki komanda – Azərbaycan və Türkiyə yarışacaq.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com