Universitet biznes əməkdaşlığı istiqamətində layihələr həyata keçirilir –
YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Texniki Universitetində yaradılmış KOB Model Müəssisəsinin,
Mühəndis Emalatxanasının və “AzTU Texnoparkı – Bilişim Vadisi Bakı”nın
fəaliyyəti ilə tanışlıq olub.
KOB subyektlərinin inkişafına dəstək məqsədilə Azərbaycan Texniki
Universitetində (AzTU) KOB Model Müəssisəsi yaradılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil nazirinin müavini İdris
İsayev KOB Model Müəssisəsinin fəaliyyəti ilə tanış olublar. Azərbaycan Texniki
Universitetinin rektoru Vilayət Vəliyevin, İqtisadiyyat Nazirliyinin
tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə
Heyətinin sədri Orxan Məmmədovun, Milli Aviasiya Akademiyasının (MAA) birinci
prorektoru Ədalət Səmədovun da iştirak etdiyi tədbirdə bildirilib ki, Model
Müəssisə sənaye sahəsində fəaliyyət göstərən KOB subyektlərinə və gələcəkdə öz
bizneslərini qurmaq istəyən tələbələrə təcrübə keçməyə, bacarıqlarını
artırmağa, xüsusilə də universitet-sahibkarlıq əməkdaşlığını inkişaf etdirməyə
imkan verəcək.
KOBİA tərəfindən beynəlxalq təcrübə araşdırılmaqla yaradılmış Model Müəssisədə
ilkin planlaşdırmadan başlayaraq müəssisənin qurulmasına qədər real biznes
prosesini əyani müşahidə etmək mümkün olacaq. Model Müəssisə zəruri
avadanlıqlarla təchiz olunub ki, bu da müasir texnoloji avadanlıqların
fəaliyyətini əyani görməyə, resursa, vaxta və xərclərə qənaət üsullarını
öyrənməyə imkan verir. Model Müəssisənin təlim-tədris auditoriyalarında,
həmçinin sahibkarlıqla bağlı ilkin biliklər veriləcək.
KOB Model Müəssisənin universitet-sahibkarlıq modelinə inteqrasiyasını təmin
etmək məqsədilə AzTU-da qurulan Mühəndis İnkişafı Proqramının (MGP)
Emalatxanası ilə də tanışlıq olub.
Diqqətə çatdırılıb ki, MGP Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ)
sənayeyönümlü proqramı əsasında AzTU və Milli Aviasiya Akademiyası ilə birgə
ərsəyə gətirilib. Proqram çərçivəsində hər il orta hesabla 100 yüksəkixtisaslı
mühəndisin hazırlanması nəzərdə tutulur. Bu il MGP proqramı TUSAŞ-ın
mütəxəssisləri tərəfindən yerinə yetirilir. Proqram dinləyiciləri AzTU və
MAA-nın gənc müəllimləri, yuxarı kurs bakalavr, magistr və doktorant
tələbələrdir.
Bildirilib ki, “AzTU texnoparkı – Bilişim Vadisi Bakı” şirkətlərin cəlbi yolu
ilə ali təhsil sistemində innovasiya fəaliyyətinin dəstəklənməsi, eləcə də
gənclərin bu istiqamətdə ideya və praktiki bacarıqlarının inkişaf etdirilməsi
üçün əlverişli ekosistem yaratmağı hədəfləyir. Bu baxımdan inkubasiya və
akselerasiya proseslərinə də dəstək veriləcək.
16:03
“Həmkarlarla birlikdə Azərbaycan Texniki Universitetində yaradılmış KOB Model
Müəssisəsi və Mühəndis Emalatxanası ilə tanış olduq”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabındakı paylaşımında qeyd
edib.
“Bu Model Müəssisə KOB işçilərinin eksperimental təlim keçməsi üçün zəruri
platforma rolunu oynayacaq, həmçinin mikro, kiçik və orta sahibkarlıq
subyektlərinin inkişafına töhfə verəcək”, – deyə nazir bildirib.
Həmkarlarla birlikdə Azərbaycan Texniki Universitetində (@aztueduaz
və Mühəndis Emalatxanası ilə tanış olduq. Bu Model Müəssisə KOB işçilərinin
eksperimental təlim keçməsi üçün zəruri platforma rolunu oynayacaq, həmçinin
mikro, kiçik və orta…pic.twitter.com/k7S5Ifo7MD
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 9, 2024