288ff244-bd16-4e35-99fb-82df42756a4d..jpg

Universitetlərdə təhsilalma, xaric olunma və digər hallarla bağlı yeni qaydalar təsdiqlənib

Baxış sayı: 461 dəfə baxılıb.

Universitetlərdə təhsilalma, xaric olunma və digər hallarla bağlı yeni
qaydalar təsdiqlənib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və
magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin,
ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən
xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların
təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) ilə
bağlı yeni qaydalar təsdiqlənib.

“Report” xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası
qərar qəbul edib.

Qərarla əvvəlki qaydalar ləğv edilib.

Elm və Təhsil Nazirliyinin Aparatının Elm və ali təhsil siyasəti şöbəsinə, Elm
və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə, Təhsil
Sisteminin İnformasiyalaşdırılması İdarəsinə qərardan irəli gələn vəzifələrin
icrasını təmin etmək tapşırılıb.

Qeyd edək ki, təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının
dəyişdirilməsi, təhsil müəssisəsinə bərpa olunma və ya akademik məzuniyyətdən
sonra təhsilini davam etdirmə tələbənin əvvəl təhsil aldığı tədris dilinə
(tədris dilinin ingilis dilindən ümumi təhsil pilləsində təhsil aldığı tədris
dilinə və ya ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinin ingilis
dilinə dəyişdirilməsi halları istisna olmaqla) uyğun aparılır.

Source link