5bc18e7a-4e9e-4b81-aaa1-5f49fc5ae98c..jpg

Uqandalı idmançı avtomobilində bıçaqlanaraq öldürülüb

Baxış sayı: 491 dəfə baxılıb.

Uqandalı idmançı avtomobilində bıçaqlanaraq öldürülüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uqandalı atlet Benjamin Kiplaqat bıçaqlanaraq öldürülüb.

34 yaşlı idmançının cəsədi Keniyada öz avtomobilində tapılıb. Hadisə 2023-cü
ilin 30 dekabr tarixində baş verib.

Kiplaqatın boğazında bıçaq xəsarəti aşkarlanıb. Yerli polis hadisə ilə bağlı
araşdırma başladıb.

Xatırladaq ki, Keniyaəsilli olan Benjamin Kiplaqat 3000 metr məsafəyə maneəli
qaçışda Uqandanı Olimpiya Oyunlarında, dünya çempionatlarında və beynəlxalq
səviyyəli digər yarışlarda təmsil edib.

Mənbə: Marca

Source link