407d52d7-3166-4d54-91ba-5f45697485fb..jpg

Uqo Lloris Fransa millisindəki karyerasını başa vurdu – FOTO

Baxış sayı: 825 dəfə baxılıb.

Uqo Lloris Fransa millisindəki karyerasını başa vurdu – FOTO

2018-ci ilin dünya çempionu və futbol üzrə Fransa milli komandasının oyun
sayına görə rekordçusu, qapıçı Uqo Lloris milli komandadakı karyerasını başa
vurduğunu açıqlayıb.

O, bu barədə bazar ertəsi Fransanın “L’Equipe” qəzetinə danışıb.

“Elə bir vaxt gəlir ki, sən sükanı təhvil verməlisən. Fikrimcə, komanda
inkişaf etməyə hazırdır. Bir nömrəli olmağa hazır olan qapıçı da var”, – Lloris
deyib.

Llorisin 36 yaşı var. O, 2012-ci ildən İngiltərənin “Tottenhem Hotspur”
klubunda çıxış edir. Qapıçı əvvəllər Fransanın “Lion” və “Nitsa” klublarının da
formasını geyib. “Lion”la 2012-ci ildə Fransa kubokunu və Superkubokunu qazanıb.

Lloris Fransa millisinin heyətində 145 oyun keçirib. 2022-ci ildə Qətərdə
keçirilən dünya çempionatında milli komandada keçirdiyi oyunların sayına görə
keçmiş rekordçu Lilian Türamı (142) ötüb.

Lloris 2018-ci il dünya çempionu, 2022-ci ilin gümüş mükafatçısı, 2016-cı il
Avropa çempionatının finalçısı və 2020/21 Millətlər Liqasının qalibidir.

Source link