“B3” vitamininin alternativ formalarından biri ürək-damar sistemini cavanlaşdırır və qocalma prosesini ləngidir.
ÇıxışYolu.Com xəbər verir ki, araşdırma haqqında məqalə “Nature Communications” jurnalında dərc olunub.
Araşdırma ABŞ-ın Kolorado universitetindən olan tədqiqat qrupu tərəfindən aparılıb. Sözü gedən qida əlavəsi orqanizmi bədəndə kalorinin çatışmadığı ilə aldadır və beləcə ürək-damar sistemini cavanlaşdırır.
“Yeni maddənin onu uzun müddət qəbul edən insanların orqanizminə təsirini ilk dəfə biz yoxlamışıq. Sınaqlar göstərib ki, orqanizm onu yaxşı qəbul edir və bu birləşmələr kalori çatışmazlığı zamanı aktivləşən gen zəncirlərini işə salır” deyə tədqiqat qrupunun üzvü Daq Sils bildirib.
Silsin sözlərinə görə, alimlər uzun illərdi ki, kalori çatışmazlığı zamanı işə düşən və əsas orqanların hüceyrələrini parçalanmadan və ya mutasiyalardan qoruyan zülal və genlər zəncirini ram etməyə çalışır.
Təcrübələr göstərib ki, buna imkan verən ilk belə maddə məhz “B3” vitamininin alternativ forması – nikotin turşusu, ammiak və şəkər ribozunun birləşməsi ola bilər. Həmin mürəkkəb maddə hələ 20-ci əsrdə kəşf olunsa da, onu qida əlavəsi kimi yalnız bu yaxınlarda tətbiq etməyə başlayıblar.