ABŞ-ın Texas universitetinin alimləri həftədə 4-5 dəfə idmanla məşğul olmağın ürəyin qocalmasının qarşısını aldığını müəyyən edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə elmi məqalə “The Journal of Physiology” jurnalında nəşr olunub.
Tədqiqatda yaşı 60-dan çox olan 102 nəfər iştirak edib. Onlar fiziki hazırlıq səviyyəsindən asılı olaraq dörd qrupa bölünüb. Birinci qrupa oturaq həyat tərzi sürən könüllülər daxil edilib, ikinci qrupa ara-sıra idman edən, üçüncü və dördüncü qrupa isə müvafiq olaraq həftədə 4-5 və 6-7 dəfə otuz dəqiqə ərzində fiziki hərəkətlər yerinə yetirən insanlar daxil olub.
Məlum olub ki, hətta orta səviyyəli fiziki yüklənmə (həftədə 2-3 dəfə) belə, boyun və baş toxumalarını oksigenlə təmin edən orta ölçülü gənc qan damarlarının formalaşmasına gətirib çıxarır. Daha aktiv həyat tərzi döş qəfəsi və qarın nahiyəsində arteriya damarlarının zənginləşməsi və genişlənməsi ilə ilə nəticələnib.