ABŞ-ın Kolorado universitetinin alimləri müəyyən edib ki, mitoxondrialı antioksidantlar qan damarlarını 15-20 il cavanlaşdırır.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “MedicalXpress” nəşrində pres-reliz dərc olunub.
Tədqiqatda 60-79 yaşlarında olan 20 könüllü iştirak edib. Onların yarısına platsebo, digərlərinə isə gündəlik olaraq 20 milliqram miqdarında “MitoQ” verilib.
Sonuncu mitoxondriyaya hədəflənən antioksidant preparat sayılır. Dərmanın qəbulunun başlanmasından altı həftə sonra könüllülər qan-damar sisteminin müayinəsindən keçib. Alimlər endoteliyaların (arteriyanın daxili səthini örtən hüceyrə təbəqəsi) vəziyyətini araşdırıb.
Məlum olub ki, “MitoQ” pasiyentlərdə damarların fəaliyyətini 42 faizə yaxşılaşdırıb. Bu isə alimlərin hesablamalarına görə, 15-20 ilə bərabərdir. Ürək-damar xəstəliklərinə tutulma riski isə 13 faiz aşağı düşüb.