USAID-in Qafqaz ofisinin fəaliyyəti qadağan edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Qafqazdakı fəaliyyəti Gürcüstan
ərazisi olan, qondarma Abxaziya Respublikasında qadağan edilib. Missiyanın
rəhbəri Con A.Pennel bölgədən çıxarılıb.
“Report” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bundan əlavə, USAID-in maliyyə dəstəyi ilə layihələrin həyata keçirilməsi
qadağan edilib.
Qeyd edilib ki, qondarma qurum qeyri-müəyyən olan, qeyri-dəqiq məlumatların
olduğu layihələrin həyata keçirilməsinə razılıq verməyəcək.
“Məqsədi Abxaziyanın daxili və xarici siyasətlə bağlı məsələləri işıqlandırmaq
olan media layihələrinin maliyyələşdirilməsi də qadağan edilib”, – qondarma
qurumun “Xarici İşlər Nazirliyi”nin bəyanatında deyilir.