Uşaq və əmisi hotelin eyvanından yıxılıb: birinin vəziyyəti ağırdır

Uşaq və əmisi hotelin eyvanından yıxılıb: birinin vəziyyəti ağırdır

Baxış sayı: 2. 089 dəfə baxılıb.

Uşaq və əmisi hotelin eyvanından yıxılıb: birinin vəziyyəti ağırdır

Gəncədəki hotellərin birində bədbəxt hadisə baş verib.

ÇıxışYolu.Com-ın bölgə müxbiri xəbər verir ki, 2016-cı il təvəllüdlü Əli Mehralıyev hotelin eyvanından yıxılıb.

Bu zaman onu xilas etmək istəyən əmisi, 1979-cu il təvəllüdlü Aydın Mehralıyev də üçüncü mərtəbədən yıxılıb. Uşaq və əmisi müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Gəncə şəhər Mərkəzi Klinika Xəstəxanasına yerləşdirilib. A.Mehralıyevin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində araşdırma başlanılıb.

Nazir Quliyev