137a5288-c8a8-452d-9f64-456491db9b0a.jpg

Uşaqlar kişinin himayəsinə verildiyi halda qadının pensiyası avtomatik dayandırılacaq

Baxış sayı: 210 dəfə baxılıb.

Nazirlər Kabineti “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən
hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda
dəyişiklik edib.

Cixisyolu.com xəbər verir ki, qərara əsasən, qadın valideynlik hüququndan məhrum
edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin
himayəsinə verildiyi, habelə qadının xəbərsiz itkin düşmüş və ya ölmüş elan
edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surəti və qadının
ölüm haqqında şəhadətnaməsinin surəti olduqda “Pensiya” altsistemi tərəfindən
əmək pensiyasının ödənilməsi avtomatik olaraq dayandırılacaq.

Qeyd edək ki, qüvvədə olan qərara əsasən, indiyə qədər bu, ananın ölüm
haqqında şəhadətnaməsinin və ya analıq hüququndan məhrum edilməsi barədə
məhkəmə qərarının surəti təqdim edildiyi hallara şamil olunub.

Source link