ff35580d-f750-4e37-97d5-3feae264a106..jpg

Uşaqlarının gözü qarşısında keçmiş arvadının boğazını kəsən şəxsə 17 il 6 ay həbs cəzası verildi

Baxış sayı: 932 dəfə baxılıb.

Uşaqlarının gözü qarşısında keçmiş arvadının boğazını kəsən şəxsə 17 il 6 ay
həbs cəzası verildi

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Abşeronda keçmiş arvadını öldürməkdə
təqsirləndirilən Ramil Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə
keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 17 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına
məhkum edilib. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə
növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd: Ötən il mayın 30-u saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri
ərazisində 1996-cı il təvəllüdlü Rəqsanə Məmmədovanın öldürülməsi barədə
prokurorluğa məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin keçmiş əri 1987-ci il təvəllüdlü R.Məmmədovun
küçədə, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı
bıçaqla R.Məmmədovaya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı
şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.

R.Məmmədov şübhəli şəxs qismində tutulub.

İlkin məlumata əsasən, kişi binanın həyətində həyat yoldaşının boğazını kəsib.
Qadın aldığı xəsarətlərdən ölüb. Cinayət uşaqların gözü qarşısında baş verib.

R.Muradovanın keçmiş əri onun öz bibisi oğlu oludur.

Source link