USM müayinəsi autizm yaradır

USM müayinəsi autizm yaradır

Baxış sayı: 8. 470 dəfə baxılıb.

ABŞ-ın Boston Universitetinin Tibb Məktəbinin mütəxəssisləri ultrasəs müayinəsinin ana bətnində olan uşaqda autizmin inkişafı riski daşıdığını isbat edib.

ÇıxışYolu.Com xəbər verir ki, alimlərin apardığı elmi araşdırmanın nəticələri “Jama Pediatrics” jurnalında dərc olunub.

Araşdırmaya 420 hamilə qadın cəlb olunub: onlardan 209-u sağlam uşaq dünyaya gətirib, 107 uşağa həkimlər autistitik spektrin inkişafı diaqnozunu qoyub, 104 uşaqda anomal inkişaf qeydə alınıb.

Alimlər belə bir nəticəyə gəlib ki, bu hallarda uşaqda autizminin inkişafı müxtəlif hamiləlik mərhələlərində daha dərin təsirli ultrasəslə qarşılıqlı əlaqəli olub.

Nə qədər qəribə olsa da, tədqiqata görə, autizmdən əziyyət çəkən uşaqlar digər iştirakçılarla müqayisədə daha az USM təsirinə məruz qalıb.

Məsələ ondadır ki, sözügedən xəstəliyin formalaşması USM seanslarının sayından çox onun daha dərin qatlara təsiri amili ilə qarşılıqlı əlaqəli olub. Autizmin formalaşması ilə seansların sayı və müddəti arasında hər hansı əlaqə üzə çıxmayıb.  

www.ÇıxışYolu.Com