6eaf2c61-fd71-47f3-ad63-d3180a2d7182..jpg

ÜST: “Dünyada koronavirusdan ölənlərin sayı son bir ayda artıb”

Baxış sayı: 2. 495 dəfə baxılıb.

ÜST: “Dünyada koronavirusdan ölənlərin sayı son bir ayda artıb”

“Dünyada COVID-19-dan ölənlərin sayı son bir ayda 13% artıb”.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərinin koronavirus
pandemiyası ilə bağlı hesabatında bildirilib.

Məlumata görə, dekabrın 26-dan yanvarın 22-dək dünyada 11 milyon koronavirusa
yoluxma halı və COVID-19-dan 55 min ölüm halı qeydə alınıb. Əvvəlki 28 günlük
dövrlə müqayisədə sübut olunmuş yoluxma hallarının sayı 25% azalsa da, ölüm
nisbəti 13% artıb.

Yanvarın 22-nə olan məlumata görə, pandemiya başlayandan bu günə kimi dünyada
664 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb. Virusdan 6,7 milyon
xəstə ölüb.

Source link