253c8660-fea0-40da-81e9-55275a36ba41..jpg

Ustad şair Məmməd İsmayıl səhhətindən DANIŞDI

Baxış sayı: 530 dəfə baxılıb.

Ustad şair Məmməd İsmayıl səhhətindən DANIŞDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir müddət əvvəl onurğamdan əməliyyat olundum. Ağrılarım xeyli azalıb, özümü
yaxşı hiss edirəm”.

Bu sözləri Bakupost.az-a açıqlamasında tanınmış şair Məmməd İsmayıl deyib.

O qeyd edib ki, hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə “Liv Bona Dea
Hospital”da müalicəsi davam edir:

“Həkimlərin dediyinə görə, Ramazan bayramında evə buraxacaqlar”.

M.İsmayıl müalicə prosesindən çox razı qaldığını dilə gətirib:

“Mən dünyanın yarısını gəzmişəm, bir neçə ölkədə də müalicə almışam. Amma heç
yerdə bu cür yüksək keyfiyyətli tibbi xidmət görməmişəm. Azərbaycanda belə bir
müalicə müəssisəsinin olduğunu xəyalıma belə gətirməzdim. Mənə ali səviyyədə
xidmət göstərilir. Allah hamıdan razı olsun. Mənə belə bir şəraitdə xidmətin
göstərilməsinə şərait yaradan Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm.
Açığı, bu cür diqqəti gözləmirdim. Xalqım da sağ olsun, mənim xəstəliyimə
biganə qalmadı. Bu cür həssas münasibət məni mütəəssir etdi”.

Qeyd edək ki, Məhəmməd İsmayılın səhhəti ağırlaşandan sonra Heydər Əliyev
Fondu onun müalicəsini öz üzərinə götürüb.

Source link