c6862df1-a8f0-456f-93a7-7179ef83bc16..jpg

Üstündən 6,5 tonluq maşın keçən “Qisasçı” ağrılar içində “qırmızı xalı”ya çıxdı – FOTO

Baxış sayı: 737 dəfə baxılıb.

Üstündən 6,5 tonluq maşın keçən “Qisasçı” ağrılar içində “qırmızı xalı”ya
çıxdı – FOTO

Amerikalı aktyor Ceremi Renner qartəmizləyən maşınla qəzasından üç ay sonra
ilk dəfə qırmızı xalıda çıxış edib.

52 yaşlı Ceremi Renner və onun 10 yaşlı qızı Ava “Rennervations” serialının
Los-Anceles premyerasında iştirak ediblər.

Aktyorun çoxsaylı xəsarətlərdən sonra hələ də yaşadığı “tonlarla ağrıya”
baxmayaraq, Renner “qırmızı xalı”da gülümsəyib və səbirlə fotoqraflara poza
verib.

Xatırladaq ki, Ceremi Renner yanvar ayında qardaşı oğlunun yük maşınını qarın
altından çıxarmaq üçün qartəmizləyən maşından istifadə edib. Daha sonra qəza
(əl) əyləcini aktivləşdirmədən maşından düşüb. Maşın aşağıya doğru hərəkət
etməyə başlayıb. Aktyor qartəmizləyəni saxlamağa çalışanda isə tırtıllar onu
maşının altına sürükləyib və o, Rennerin üstündən keçib. Nəticədə “Avengers”in
ulduzu sümüklərinin 32 sınığı xəsarəti alıb.

Mənbə: Gazeta.ru

Source link