6c215e2b-58bc-40c5-b88e-376acd68c94e..jpg

Utan, ABŞ, utan! – ŞƏRH

Baxış sayı: 492 dəfə baxılıb.

Utan, ABŞ, utan! – ŞƏRH
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın
gələcəyi” mövzusunda dinləmələr keçirilib.

Deyəsən, ABŞ unudur ki, artıq Dağlıq Qarabağ adlı ərazi yoxdur. Uzağı,
Qarabağın dağlıq ərazisi deyə bilərlər. O da özlərində cəsarət tapsalar. Rəsmi
olaraq isə həmin ərazi Qarabağ iqtisadi rayonu adlanır. ABŞ elə təsəvvür etsin
ki, özünün ştatının adı və inzibati vahidini təhrif edən ifadə işlənir. Xoşuna
gələrmi? Yox. Amma başqasına qarşı ədalətsiz davranmaq ABŞ-nin siyasətinin ana
xəttinə çevrilib.

Bir ABŞ-dir, bir də Fransa, bunlar güclü, suveren, müstəqil Azərbaycan
dövlətini qəbul edə bilmirlər. Gözümüz aydın, gedib su içsinlər. Onsuz da,
Azərbaycan istədiklərini əldə edib və bu proses davam edəcək. ABŞ ilə Fransa nə
düşünürlərsə-düşünsünlər, bunun heç bir əhəmiyyəti yoxdur.

Elə deyəsən, budəfəki çürük dinləmələr də ABŞ ilə Fransanın birgə işidir. Qeyd
edək ki, dinləmələrin keçirilməsinə ən çox dəstək verən ABŞ-dəki erməni lobbisi
olub. Fransa da erməni lobbisinin təsiri altında olan bir dövlətdir. ABŞ və
Fransa – bu da onları birləşdirən başqa bir erməni dəyəri.

Onu da bildirək ki, tədbirin təşkilatçısı Konqresin Avropa məsələləri üzrə
altkomitəsinin sədri Tomas Kindir. O, bundan əvvəl Ermənistanın ABŞ-dəki səfiri
Lilit Makuns ilə görüşüb.

Görünür ki, ABŞ belə dinləmələrlə Azərbaycanın üzərinə öhdəlik qoymağa
çalışır. Əbəsdir.

Birincisi, Azərbaycanın nə ABŞ, nə də onun Konqresi qarşısında öhdəliyi var.
İkincisi, ABŞ də daxil olmaqla heç bir ölkə Azərbaycanla təzyiq dili ilə danışa
bilməz.

Üçüncüsü, ABŞ anlamalıdır ki, Azərbaycan olmadan nə Cənubi Qafqazda, nə də
Mərkəzi Asiyada siyasəti olacaq.

Bu da bir yana. Görəsən, ABŞ öz daxilindəki qalaqlanmış problemləri yada
salırmı? Yox. Amma bir tövsiyə: Yaxşı olar ki, Konqres ABŞ-nin günbəgün artan
dövlət borcundan başlayaraq irqi ayrı-seçkilik, polis zorakılığı, kriminalın
baş alıb getməsi və digər çoxsaylı daxili problemləri ilə məşğul olsun.
Olmursa, başqalarının işinə də burun soxmasın.

Yox, burnunu soxmağa davam etsə, özünün riyakarlıqları bütün çılpaqlıqları ilə
üzə çıxacaq. Ona görə bu fikri deyirik ki, ABŞ dünyanın müxtəlif bölgələrində
baş verən siyasi kataklizmlər, müharibələr, dövlət çevrilişləri, vətəndaş
müharibələrinin müəllifi olub.

Bildirək ki, 20 il Əfqanıstanı işğal altında saxlayan ABŞ bu ölkədə bir dənə
də olsun obyekt tikmədi, yol salmadı, amma bu illər ərzində bütün ölkəni
narkotik plantasiyasına çevirdi. Son məlumatlara görə, ABŞ Əfqanıstanı tərk
etdikdən sonra bu ölkədə narkotik plantasiyalarının həcmi 20 dəfədən çox azalıb.

Bu gün isə ABŞ Qəzzada baş verənlərin ssenari müəllifi qismindədir. Onu da
unutmaq lazım deyil ki, Rusiya-Ukrayna qarşıdurmasını alovlandıran və bu alovu
sönməyə qoymayan da məhz ABŞ-dir. ABŞ-nin sayəsində Ukrayna dövlət kimi məhv
olmaq təhlükəsi ilə üz-üzədir.

Qısası, dünyanı qana bürüyən ABŞ indi də Azərbaycanı hədəfə alır. Amma o, heç
zaman istədiyinə nail olmayacaq.

Postsovet məkanı, Cənubi Qafqazda baş vermiş və hələ də davam edən siyasi
kataklizmlərin ən böyük səbəbkarı elə ABŞ-dir.

ABŞ bir dəfə də olsun Ermənistanı qınamadı, BMT TŞ-nin məlum dörd qətnaməsinin
icrası istiqamətində addım atmadı. Amma 1992-ci ildə Azərbaycana qarşı “907-ci
düzəliş”i qəbul etdi. Azərbaycan xalqı bu riyakarlığı unutmayıb və unutmayacaq.
Utan, ABŞ, utan! Bu rəzilliklərlə necə sən insan hüquqlarından danışırsan?

Yeri gəlmişkən, Konqresdə çıxış edənlər bildirirlər ki, ABŞ Azərbaycana yardım
etməyəcək. Azərbaycanın heç bir ölkənin yardımına ehtiyacı yoxdur. ABŞ-nin
yardım dediyi sözün əsl mənasında yaldır ki, onu da Ermənistana verməsi
məsləhət görülür.

Aqil Vəlili

Source link