Utilizasiya haqqının üzərinə ƏDV gəlir? – İddialara RƏSMİ CAVAB – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycana gətirilən və istehsal ili dörd ildən artıq olan maşınlara görə
utilizasiya haqqı alınır.
Bəs utilizasiya məbləğindən başqa, əlavə dəyər vergisinin (ƏDV) də tələb
edilməsi qanunidirmi?
Xezerxeber.az xəbər verir ki, qaydalara əsasən, ölkəyə idxal edilən bəzi
avtomobillərə görə, gömrük rəsmiləşdirilməsi zamanı istehsal ilindən asılı
olaraq 400 və 700 manat utilizasiya haqqı alınır.
Bəzi sosial şəbəkələrdə, xüsusilə avtomobil qruplarında utilizasiya haqqına
görə alınan pulun təkcə bununla bitmədiyi deyilir.
Bəzi istifadəçilər gömrükdə həmçinin 400 və 700 manat olan utilizasiya
məbləğinin üzərinə 18%-lik əlavə dəyər vergisinin də gəldiyini yazırlar.
Bəs bu iddialar nə qədər doğrudur? Gömrükdə utilzasiya haqqına görə, ƏDV də
alınırmı?
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: