Uydurma “erməni soyqırımı” İsraildə yenidən gündəmə gəldi

Uydurma “erməni soyqırımı” İsraildə yenidən gündəmə gəldi

Baxış sayı: 2. 266 dəfə baxılıb.

İsrail uydurma “erməni soyqırımı”nı tanıya bilər.

ÇıxışYolu.Com-ın xəbərinə görə, Qüdsdə baş verən məlum qanlı hadisələrdən, xüsusilə İsrail səfirinin Türkiyədən qovulmasından sonra yenidən gərginləşən İsrail-Türkiyə münaibətləri israilli parlamentariləri də “hərəkətə” keçirib.

Belə ki, israilli deputatlar uydurma “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan qanun-qətnamə layihəsini Knesset rəhbərliyinə göndərib və onlardan bu məsələnin müzakirəyə çıxarılmasını tələb ediblər.

“Ermənilərə qarşı həyata keçirilən qorxunc haqsızlıqları rəsmi olaraq tanımağın zamanı gəldi. Ədalət üçün heç bir zaman gec deyil”, – deyə israilli deputalardan biri olan Ohana bildirib.

Ancaq hələlik Türkiyə tərəfi bu məsələyə rəsmi münasibət bildirməyib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com