4a6ffde8-ad1a-4be0-b845-7c52640b841d..jpg

Üzərinə həbs qoyulan əmlakların satışı necə aparılacaq? – Ekspertdən AÇIQLAMA + VİDEO

Baxış sayı: 484 dəfə baxılıb.

Üzərinə həbs qoyulan əmlakların satışı necə aparılacaq? – Ekspertdən AÇIQLAMA
+ VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sahibinin icazəsi olmadan üzərinə həbs qoyulmuş əmlakın satışı mümkün
olmayacaq.

Bu, Milli Məclisdə müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləyə təklif
olunan dəyişiklikdə özəksini tapıb .

Millət vəkili Vüqar Bayramov bildirib ki, əvvəlki dövrlərdə əmlakın üzərinə
həbs qoyulduqdan sonra onun qısa müddətdə satılması üçün müxtəlif vasitələrə əl
atılırdı:

“Vətəndaşın məlumatı olmadan əmlak dəyərindən dəfələrlə ucuz qiymətə satışa
çıxarılırdı. Yeni qərarların tətbiqindən sonra belə halların qarşısı alınacaq.
Satış prosesində əmlak sahibinin iştirakına da şərait yaradılacaq. Amma burada
bəzi istisna hallar da olacaq”.

Millət vəkili əlavə edib ki, Milli Məclisdə qəbul edilən qanun layihəsinin
yaxın günlərdə qüvvəyə minəcəyi gözlənilir.

Daha ətraflı “Xəzər Xəbər”in süjetində:


Source link