8874fcfe-7896-4a0f-8dd8-65de268ad177..jpg

Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub – FOTO

Baxış sayı: 595 dəfə baxılıb.

Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub – FOTO

18 Sentyabr – Milli Musiqi Günü münasibətilə mədəniyyət və incəsənət xadimləri
Birinci Fəxri xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarını ziyarət
ediblər.

“Report” xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli, Azərbaycan
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə və ictimaiyyət
nümayəndələri iştirak ediblər.

A.Kərimli Üzeyir Hacıbəyli irsindən, onun musiqi sahəsinə verdiyi töhfələrdən
danışıb.

Sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə
çıxış edib.

Çıxışlardan sonra Üzeyir Hacıbəylinin məzarı üzərinə əklil və gül dəstələri
qoyulub.

Sonda mədəniyyət və ictimaiyyət nümayəndələri Birinci Fəxri xiyabanda
mədəniyyət və musiqi xadimlərinin məzarlarını da ziyarət edib, abidələri önünə
gül dəstələri düzüblər.

Source link