47e88aa1-eb51-4360-82e5-c30de87210bc..jpg

Üzeyir Mehtizadənin “YouTube” kanalının baxış sayı 1 milyardı ötüb – FOTO

Baxış sayı: 1. 094 dəfə baxılıb.

Üzeyir Mehtizadənin “YouTube” kanalının baxış sayı 1 milyardı ötüb – FOTO

Müğənni Üzeyir Mehtizadənin “YouTube” kanalı “Uzeyir Mehdizade Official” bu
platformada baxış sayı 1 milyardı keçən ilk Azərbaycan rəsmi kanalı olub.

Cixisyolu.com xəbər verir ki, 2,06 milyon abunəçisi olan kanalda 311 video
yerləşdirilib.

Qeyd edək ki, 2020-ci ilin yanvarında “YouTube” video portalı kanal
abunəçilərinin sayı 1 milyona çatan Ü.Mehtizadəni “qızıl düymə” ilə
mükafatlandırıb.

Xatırladaq ki, Ü.Mehtizadə 1992-ci il mayın 19-da anadan olub. İfaçının ondan
çox albomu buraxılıb. O, Azərbaycan, Türkiyə, Almaniya, Rusiya, Özbəkistan,
Qazaxıstan, Ukrayna və başqa ölkələrdə solo konsertlər verib.

Source link