9dd868d9-3db7-48a3-9274-f9b4231444ee..jpg

Üzünə körpə uşağın hüceyrələrini vurduran Xatirə: “Qurtarın bu işverənliyinizi” – VİDEO

Baxış sayı: 425 dəfə baxılıb.

Üzünə körpə uşağın hüceyrələrini vurduran Xatirə: “Qurtarın bu
işverənliyinizi” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Xatirə İslamın kosmetoloji prosedur zamanı həkimin söylədiyi “Yeni
doğulan uşağın aktiv hüceyrəsini sizə köçürürük” kəlimələri gündəm olub.

Sənətçi müzakirə predmetinə çevrilən məsələ ilə bağlı “Instagram” sosial
şəbəkə hesabında videoaçıqlama yayıb.

“Bir neçə ay əvvəl kosmetoloqun yanında olmuşam. Kosmetoloq göstərib ki, “bu
ampulanı biz Amerikadan sifariş etmişik. Həmin preparatın tərkibində isə uşağın
nəyi-nəyi var…”

Yəqin ki, bilirsiniz, bizim üzümüzə çəkdiyimiz bir çox yumuşaldıcı kremlərin
tərkibində spermatozoid var. Amma biz bunun mənşəyini haradan bilək? Biz
bilirik bunu? Bunu tapmaq olmaz axı. Ağzınıza gələni yazanda, bilin nə haqda
yazırsınız…

Siz kök hüceyrə haqqında danışırsınız. Azərbaycanda olan verilişlərin 90%-i
kök hüceyrəni reklam edir. Ağrıların azalması üçün kök hüceyrəni ayağa, ələ,
dizə, sümüyə də vururlar. Nə oldu bir dənə kosmetoloq həkimin deməyi ilə ki, bu
preparatın tərkibində uşağın nə bilim nəyi var. Bunu axı həkimin özü
düzəltməyib. Bu, hazır preparatdır. O da o preparatı nə iləsə qarışdırır, vurur
camaatın üzünə. Bundan sonra da üzdə qırışlar azalır. Qurtarın bu
işverənliyinizi. Bu şeyləri eləmək nəyə lazımdır? Söz tapa bilmirsiniz
danışmağa?”, – deyə Xatirə vurğulayıb.


Source link