a64c6a2b-b8d8-4c61-9a72-8507bc9c30f8..jpg

Uzun illər gözləmədə qalan qanun layihəsi qəbul edildi – VİDEO

Baxış sayı: 559 dəfə baxılıb.

Uzun illər gözləmədə qalan qanun layihəsi qəbul edildi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin dekabrın 8-də keçirilən iclasında müzakirəyə çıxarılan
“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsi üçüncü oxunuşda
qəbul olunub.

Layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri
Tahir Mirkişili təqdim edib.

O, bildirib ki, 12 fəsil və 84 maddədən ibarət olan Rəqabət Məcəlləsi həm
Milli Məclisin komitə iclasında, həm də plenar iclaslarda geniş və peşəkar
şəkildə müzakirə edilib:

“Birinci və ikinci oxunuşlarda qəbul edilən layihənin üzərində iş getmiş
tərəfimizdən bizə daxil olan təkliflər və şərhlər araşdırılmış və onların bir
hissəsi qanunvericilik təşəbbüskarı subyekti ilə təhlil edilərək layihədə öz
əksini tapıb. Biz inanırıq ki, bu məcəllənin qəbul olunması ilə ölkədə rəqabət
mühiti inkişaf edəcək”.

Qeyd edək ki, müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III
oxunuşda qəbul olunub.

Rəqabət Məcəlləsi qəbul edildikdən təxminən altı ay sonra, yəni 2024-cü il
iyulun 1-də qüvvəyə minəcək.

Xatırladaq ki, Rəqabət Məcəlləsi 2006-cı ildə hazırlanaraq Milli Məclisə
təqdim edilib. Qanun layihəsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşda
müzakirəyə çıxarılmamışdı.

Ətraflı Baku TV-nin süjetində:


Source link