Uzunqulaq südü qızılcaya necə təsir edir? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Özü ucuz olsa da, südü baha qiymətə satılır. Hətta mal-qara, qoyun, keçi südü
belə ondan daha ucuzdur. Söhbət uzunqulaq südündən gedir.
İldə bir bala verən heyvan gündə 500-600 qram süd verə bilir. Uzunqulaq
südünün 100 qramı 5-10 manata satılır.
Sözügedən canlı az süd versə də, onun məhsulu bir çox xəstəliklərin çarəsi
hesab olunur.
Xüsusən son zamanlar daha çox yayılan qızılcaya yoluxanların uzunqulaq südü
qəbul etdikdə bu xəstəliyi rahat keçirdiyi iddia edilir. Elə bu səbəbdən
insanlar uzunqulaq südünü əldə etmək üçün müxtəlif rayon, kəndləri gəzirlər.
Yevlax rayonunun Qaraoğlan kəndində yaşayanlar onun çox faydalı olduğunu
bildiriblər.
Kənd sakin Şirxan Səfərovun sözlərinə görə, nəvələrini qızılca xəstəliyindən
uzunqulaq südü ilə sağaldıb.
Həkim Mikayıl Əliyev bildirib ki, uzunqulaq südünün qızılca virusunun
müalicəsində istifadəsini məqbul hesab edir:
“Əgər həkimlər uşağın immunitetini qaldırmaq üçün dərmanlardan istifadə edə
bilmirlərsə, bu zaman uzunqulaq südündən istifadəni məqbul sayıram”.
Qeyd edək ki, südü daha çox faydalı olan uzunqulaqların sayı əvvəlki illərə
nisbətən xeyli azalıb.
Ətraflı Baku TV-nin süjetində: