55383e49-77e2-40a4-b020-0524a51eb2dc.jpg

Üzünün, qolunun dərisi olmayan əsgər: “Mən yeriyə bilirəm, arxada hərəkət edə bilməyənlər var…”

Baxış sayı: 198 dəfə baxılıb.

“Biz döyüşə Füzuli rayonunun Əhmədbəyli istiqamətindən getmişdik. Gecə
saatlarında geyim-sursatla təmin olunduqdan sonra tabor komandirimiz əmr verdi
ki, Şıxlı kəndi istiqamətində hərəkət edək. Gecə, yağışlı və dumanlı bir hava
olmasına baxmayaraq, biz hərəkət etməli idik. Bir şeyi deyim, həmin an nə baş
verməsindən asılı olmayaraq, adamın ürəyindən keçirdi ki, bu torpaqlarda olmaq,
ayağının bu torpaqlara dəyməsi böyük qürur hissidir”.

Bunu Cixisyolu.com-a videomüsahibəsində 44 günlük Vətən müharibəsində Füzuli, Qubadlı
və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edənNail Sadıqov deyib.

“Döyüş yolumuz Füzuli rayonundan başladı, artıq oktyabrın axırlarına doğru
Xocavənd istiqamətində hərəkət etdik. Biz Xocavəndin Tuğ kəndində, haradasa bir
gün, azad olunmuş ərazinin bir hissəsinə nəzarəti həyata keçirdik. Burada
bölmələr elə istiqamətdə qərarlaşmışdı ki, biz özümüz də bilirdik ki, bu
mövqedə mütəmadi qalmağımız mümkün deyil.

Yəni həmin mövqelər alınırdı və biz yerdəyişmə edirdik. Gedişatda başa
düşürdük ki, bizim təyinatımız hər bir istiqamətdən gəlib çıxırdı Şuşa,
Xankəndi istiqamətinə. Hamımız bilirdik ki, düşmən məhz Xankəndi və Şuşanı
mərkəz kimi seçib. Ona görə başa düşürdük ki, istiqamətimiz oradır.

Biz Tuğ kəndindən dağ yolu ilə Daşaltı istiqamətində hərəkətə keçdik. Oralar
yol olmayan meşəlik ərazilər idi. Daşaltı kəndinə yaxın bir yerdə Sığnaq kəndi
var, biz gecə orada yerləşib növbəti əmri gözləyirdik. Hava azca işıqlanan kimi
ermənilər atmağa başlayırdılar. Gecə vaxtı onların koordinatvermə sistemləri,
ola bilsin ki, işləmirdi, çünki topdan atəş açsalar da, minaatan atışları
olmurdu. Ona görə də hava azca işıqlaşan kimi başlayırdılar atmağa.

Orada olanda öyrəndik ki, bizdən sağ tərəfdə, yuxarıdakı yüksəklik uğrunda
başqa bölmələrimiz artıq hücuma keçiblər. Bu vaxt əmr gəldi ki, hazırlaşın,
Daşaltı istiqamətində getməliyik…

Həmin vaxt mənim yadımdan çıxmayacaq bir şey oldu: o yüksəklik istiqamətində
ki bizim bölmələr hərəkət etmişdilər, biz o ərazidən yaralı və şəhidləri
çıxartmağa çalışırdıq. Bu vaxt o istiqamətdən gələn hərbçilərimizdən birini
gördüm. Bilmirəm, onu qəlpə tutmuşdu, yoxsa nəsə dəymişdi, yuxarı hissəsində
paltarı yox idi, üzünün, qolunun dərisi sallanırdı. Ona kömək etmək istədik, o,
bir kəlmə dedi ki, mən yeriyə bilirəm, arxada hərəkət edə bilməyənlər var,
onlara kömək edin…”

Ardını VİDEOMÜSAHİBƏdən izləyə bilərsiniz:

Üzünün, qolunun dərisi olmayan əsgər: “Mən yeriyə
bilirəm, arxada hərəkət edə bilməyənlər var…”
Üzünün, qolunun dərisi olmayan əsgər: “Mən yeriyə bilirəm, arxada hərəkət edə
bilməyənlər var…”

Əzizə İsmayılova

Source link