531744c7-12c8-4abe-952d-1cff3d5a234b.webp

Vətən müharibəsinin 41-ci günü: Düşmən geri çəkilməyə məcbur edilir

Baxış sayı: 612 dəfə baxılıb.

2020-ci il noyabrın 6-sı, bizi torpaqlarımızın azadlığına aparan Vətən
müharibəsinin qırx birinci günü.

Cixisyolu.com xatırladır ki, Ermənistan silahlı qüvvələri gün ərzində Tərtər və
Goranboy rayonları daxil olmaqla, bir sıra yaşayış məntəqələrimizi, həmçinin
Tovuz, Gədəbəy və Daşkəsəndəki mövqelərimizi atəşə tutur.

Azərbaycan Ordusu isə mübarizəni yalnız döyüş meydanında davam etdirir. Döyüş
əməliyyatları müxtəlif intensivliklə, əsasən, Ağdərə, Ağdam, Xocavənd və
Qubadlı istiqamətlərində davam edir. Cəbhənin bəzi yerlərində şəxsi heyətini və
hərbi texnikasını itirən düşmən geri çəkilməyə məcbur edilir. Ermənistan
ordusunun bölmələri cəbhənin Qubadlı istiqamətində mövqeləri ataraq qaçır.
Düşmənin minaatanlarının atış nöqtələrinə və döyüş mövqelərinə zərbələr
endirilir. Düşmənin komandir heyəti də daxil olmaqla xeyli sayda canlı qüvvəsi,
bir rabitə avtomobili, sursatla dolu iki “KamAZ” maşını və qoşqusunda top olan
üç “Ural” maşını, xeyli sayda digər sursat və artilleriya qurğuları məhv
edilir. Cəbhədən gələn müjdəli xəbərlər isə qələbə gününün yaxında olduğuna
böyük inam yaradır.

Bir sözlə, müharibənin qırx birinci günündə də üstünlüyün Azərbaycan Ordusunun
tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın
dalğalanacağından xəbər verir.

Mərahim Nəsib

Source link