Mərhum isveçli dicey Tim Berqlinqin (səhnə adı “Avicii”) sevgilisi sosial şəbəkədə ona yazdığı məktubu paylaşıb.
ÇıxışYolu.Com xəbər verir ki, məktubun mətni “Instagram”da yayılıb.
Çexiyalı model Tereza Kaçeryova öz məktubunda Berqlinqlə şəxsi həyatlarının bəzi detallarına toxunub. Modelin sözlərinə görə, onlar qeyri-rəsmi nikahda olduqlarını ictimaiyyətdən gizlədib.
“Berqlinqlə belə qərara gəlmişdik ki, yalnız hamilə qalacağım təqdirdə münasibətlərimizi ictimaiyyətə açıqlayaq”, – deyə yazıda qeyd olunur.
Model bildirir ki, dicey onun azyaşlı oğlunun ögey atası olub. Kaçeryova sosial media hesabında cütlüyün övladları ilə birgə çəkdirdiyi fotoları paylaşıb.
Qeyd edək ki, “Avicii” aprelin 20-də Omanda vəfat edib.