Vəhşi pişik velosipedçini parçalayıb

Vəhşi pişik velosipedçini parçalayıb

Baxış sayı: 2. 054 dəfə baxılıb.

ABŞ-da puma iki velosipedçini tələyə salaraq onlardan birini parçalayıb.

ÇıxışYolu.Com-ın Lenta.ru-ya istinadla verdiyi xəbərə görə, bu barədə USA Today məlumat yayıb.

İki kişi Sietlda dağlıq ərazidə velosiped sürürmüş. Saat 11 radələrində 911 xilasetmə xidmətinə zəng gəlir.

“Məni eşidirsiniz? Kömək edin!”, – dəstəyə qışqıran kişinin səsi kəsilir.

Polislər zəng edilən yeri tapır. Hadisə yerinə gələn polislər velosipedçilərdən birini parçalanmış, digərini isə yaralı görür. Aqressiv heyvan güllələnir.

Yaralı velosipedçi xəstəxanaya çatdırılıb, onu vəziyyəti ağırdır.

www.ÇıxışYolu.Com