65f03944-e5c4-4816-ada8-59217ce0e548..jpg

Vəkil: “Həbs edilən gündən uşağının dili tutulub”

Baxış sayı: 521 dəfə baxılıb.

Vəkil: “Həbs edilən gündən uşağının dili tutulub”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon
Şöbəsinin rüşvət almaqda ittiham olunan sabiq rəisi Rahim Ağayevin cinayət işi
üzrə məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda
ilkin dinləmələr keçirilib.

Prosesdə təqsirləndirilən şəxsin vəkili müvəkkilinin ev dustaqlığına
buraxılmasını istəyib.

Vəkil deyib ki, vəsatətin təmin olunmasının vacibliyi ona görə lazımdır ki,
təqsirləndirilən şəxsin həbsindən sonra həyat yoldaşı infarkt keçirib və
hazırda müalicə olunur. 9 yaşlı övladının isə atası həbs edilən gündən dili
tutulub. Əməliyyat tədbiri keçirilən gündən danışmır.

Prokuror vəsatətin təmin edilməməsini, cinayət işinin baxışa təyin edilməsini
istəyib. Hakim Rafiq Abbasovun sədrlik etdiyi hakimlər heyəti vəsatəti təmin
etməyib.

Baxış iclası oktyabrın 30-a təyin edilib.

Qeyd edək ki, R.Ağayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs edilib. Onun vəzifədə işləyərkən
çağırışçının sağlamlıq vəziyyəti ilə əlaqədar həqiqi hərbi xidmətə yararsız
hesab edilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan tələb etdiyi 8
min manat məbləğində pul vəsaitinin 5 min manatını rüşvət qismində almasına
əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma)
və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham
irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Source link