Vəkil qurumlarının rəhbərləri ilə görüş keçirilib

Vəkil qurumlarının rəhbərləri ilə görüş keçirilib

Baxış sayı: 2. 608 dəfə baxılıb.

Vəkil qurumlarının rəhbərləri ilə görüş keçirilib

Bu günlərdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin rəhbərliyinin iştirakı ilə Bakı şəhərində fəaliyyət göstərən vəkil qurumlarının rəhbərləri ilə iclas keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, iclasda açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli Sərəncamından irəli gələn tövsiyələrin icrası bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə iclas iştirakçılarına məlumat verdikdən sonra vəkil qurumlarının fəaliyyəti ilə bağlı bir sıra məsələlərə toxunub.

Qeyd olunub ki, Rəyasət Heyətinin son iclasında vəkil qurumlarının tərkibində, lakin vəkil qurumunun yerləşdiyi ünvandan fərqli ünvanda fəaliyyət göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsi məsələsi müzakirə olunub, gələcəkdə həmin vəkillərin müvafiq vəkil qurumunun nəzdində yaradılacaq “vəkil kabineti”ndə fəaliyyət göstərmələrinin məqsədəuyğunluğu qeyd olunub, bununla bağlı qaydaların hazırlanması barədə məlumat verilib.

İclasda bu məsələ ətrafında müzakirələr aparılıb, fərqli ünvanda fəaliyyət göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsinin və nəzarət mexanizminin əhəmiyyəti vurğulanıb, vəkil qurumlarının rəhbərlərinin fikirləri və təklifləri dinlənilib.

İclasda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən hüquq məsləhətxanalarının nizamnamələrinə müvafiq dəyişikliklərin edilərək adlarının “vəkil bürosu” olaraq dəyişdirilməsi məsələsinə də toxunulub, artıq əksər məsləhətxanaların qeyd olunan dəyişikliyi həyata keçirdiyi, digərlərinin isə yaxın zamanda nizamnamələrinə müvafiq dəyişiklik edəcəyi bildirilib.

İclasda, həmçinin ölkədə fəaliyyət göstərən vəkil qurumlarının maddi-texniki təminatının yaxşılaşdırılması məsələsi müzakirə olunub, 22 fevral 2018-ci il tarixli Sərəncamın bu baxımdan xüsusi əhəmiyyət kəsb etdiyi, vəkil qurumlarının fəaliyyət göstərdikləri binaların vətəndaşlara yüksək keyfiyyətli hüquqi xidmət göstərilməsi üçün əlverişli vəziyyətə gətirilməsi, qurumların elektron avadanlıqlarla təchiz edilməsi və digər məsələlər qeyd edilib.

Bundan başqa, iclasda Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkillərin peşə fəaliyyəti zamanı bəzi nöqsanlara yol verdikləri, etik davranış qaydalarının bəzi müddəalarının pozulması hallarına rast gəlindiyini qeyd edib, bu cür halların aradan qaldırılması, o cümlədən vəkillik fəaliyyətinin təkmilləşdirilməsi və vəkillik institutunun nüfuzunun artırılması istiqamətində görülməli olan işlər barədə tapşırıqlarını verib.

Sonda vəkil qurumlarının təmsilçiləri ilə qurumların fəaliyyətləri zamanı qarşılaşılan çətinliklərin müzakirəsi, onların həlli yolları barədə fikir mübadiləsi aparılıb.

www.ÇıxışYolu.Com