34aca715-b02e-4dbe-b44e-8725c833d467..jpg

Vəkillər Kollegiyası: “Özünü vəkil kimi təqdim edən qadın kollegiyanın üzvü deyil”

Baxış sayı: 707 dəfə baxılıb.

Vəkillər Kollegiyası: “Özünü vəkil kimi təqdim edən qadın kollegiyanın üzvü
deyil”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Vəkillər Kollegiyası (VK) vətəndaşlara özünü vəkil kimi təqdim
edərək pul aldığı iddia edilən şəxslə bağlı yayılan məlumatlara münasibət
bildirib.

VK-nın Mətbuat Xidmətindən bildirilib ki, barəsində şikayət olunan Səbiyyə
İlham qızı Panəliyeva Kollegiyanın üzvü deyil:

“Həmin şəxslə bağlı əvvəllər də Kollegiyanın Rəyasət Heyətinə daxil olmuş
müraciətlər üzrə tərəfimizdən vətəndaşlara izahlar verilib, şikayətləri
aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib”.

Kollegiya belə hallarda vətəndaşları diqqətli olmağa çağırıb:

“Odur ki, vətəndaşları sosial şəbəkələr vasitəsi ilə hüquq xidmətləri göstərən
səhifələrə müraciət edərkən ünsiyyət zamanı diqqətli olmağa, şəxsi sirlərini
yazışmalarla təqdim etməməyə, hüquqi yardım göstərəcək şəxslərin vəkil
olduqlarını bizim internet saytımızda (barassociation.az) dəqiqləşdirməyə,
vəkillik statusunu təsdiq edən xidməti vəsiqəni tələb etməyə və yalnız vəkil
bürolarında və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin ofisində vəkil
xidmətlərinin göstərilməsi haqqında müqavilə bağladıqdan sonra ödənişlər etməyə
çağırırıq.

Bildirilib ki, vəkil adından qanunsuz istifadə hallarına mütəmadi olaraq rast
gəlinir. Belə hallar vətəndaşların keyfiyyətli hüquqi yardım almasına mane
olmaqla yanaşı, vəkilliyin nüfuzuna mənfi təsir göstərir. Bildirmək istərdik
ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu kimi hallarla mübarizə
istiqamətində bütün lazımi tədbirləri görür və bundan sonra da görəcək. Vəkil
adından qanunsuz istifadə edən şəxslərlə bağlı aidiyyəti hüquq-mühafizə
orqanlarına müraciət ediləcək.

Qeyd etmək istərdik ki, Vəkillər Kollegiyasının rəsmi veb-səhifəsində
yerləşdirilmiş “Vəkillərin reyestri” bölməsi və ya Vəkillər Kollegiyası Rəyasət
Heyəti ilə əlaqə saxlayaraq hüquqi xidmət təklif edən şəxsin Vəkillər
Kollegiyasının üzvü olub-olmamasını dəqiqləşdirsinlər. Eyni zamanda
vətəndaşlardan qanunsuz olaraq vəkil adından istifadə edilməsi halında “Qaynar
xətt”ə (012 594 08 70) zəng edərək məlumat verilməsini xahiş edirik!” – Mətbuat
Xidmətindən bildirilib.

Xatırladaq ki, mətbuatda aktyor, rejissor Elşad Rəhimzadənin dələduzluqla
üzləşdiyi barədə məlumat yayılıb. O qeyd edib ki, sosial şəbəkədə özünü vəkil
kimi təqdim edən Panəliyeva Səbiyyə İlham qızı etibarından sui-istifadə
edədərək onu aldadıb, dələduzluq niyyəti ilə 8300 manat məbləğində pulunu ələ
keçirib.

Source link