Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib

Baxış sayı: 2. 505 dəfə baxılıb.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, iclasda son dövrlər Vəkillər Kollegiyası tərəfindən vəkilliyə qəbul üzrə görülən işlərin vəziyyəti barədə məlumat verilmiş, xüsusilə yeni qəbul olunmuş üzvlərin vəkil qurumlarına göndərilməsi, onların qurumların işinə yaxından cəlb edilməsi məsələləri müzakirə olunub.

Eyni zamanda iclasa sədrlik edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22.02.2018-ci il tarixli Sərəncamından irəli gələn tövsiyələrin icrasının vəziyyəti barədə çıxış etmiş və bildirmişdir ki, hazırda Sərəncama əsasən, regional vəkil qurumları üçün yerlərin ayrılması üzrə aidiyyəti dövlət qurumları ilə işlər aparılmaqdadır və yaxın dövrdə həmin qurumlar vətəndaşlara xidmət göstərilməsi üçün fəaliyyət göstərməyə başlayacaqdır.

İclasda həmçinin Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının İnsan Haqları İnstitutunun doktorantı Fərdin Xəlilovun “Cinayət mühakimə icraatında vəkil araşdırması” monoqrafiyası müzakirə olunuş və monoqrafiyanın praktiki əhəmiyyəti nəzərə alınaraq Rəyasət Heyətinin qərarına əsasən, vəsait vəkillərin istifadəsi üçün tövsiyə olunmuşdur.

Daha sonra, başqa vəkil qurumuna keçmək, fərdi qaydada fəaliyyət göstərmək və vəkilliyə qəbul üzrə müraciətlərə baxılmış, bir sıra vəkillərin mükafatlandırılması haqqında qərarlar qəbul olunmuşdur.

İclasda vəkillər barəsində başlanılmış 20 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu əsası ilə 1 vəkilə töhmət verilmiş, 1 vəkilin Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərər qəbul olunmuş, 3 vəkilə irad tutulmuşdur.

www.ÇıxışYolu.Com