0427776f-3ebb-45c2-9242-d91c8ff6dc3d..jpg

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib – FOTO

Baxış sayı: 974 dəfə baxılıb.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib – FOTO

“De Fendo” Vəkil Bürosunda Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti
iclası keçirilib.

“Report” xəbər verir ki, iclasda kollegiya tərəfindən “Heydər Əliyev ili” ilə
bağlı tədbirlər planı çərçivəsində görülən işlər və kollegiyanın cari
fəaliyyəti barədə ümumi məlumat verilib.

İclasda vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə
Akademiyasında icbari təlimi uğurla başa vurmuş 3 vəkilliyə namizədin andiçmə
mərasimi keçirilib.

Daha sonra elektron vəkil orderi ilə bağlı məsələyə baxılıb və yaxın zamanda
başlanğıc olaraq Bakı şəhərində 3 büro, Sumqayıtda isə bir büroda elektron
orderdən pilot layihə kimi istifadə olunması qərara alınıb.

Eyni zamanda, iclasda Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA)
Azərbaycan bölməsi tərəfindən türk dünyasının ilk qadın vəkili Sürəyya
Ağaoğlunun 120 illiyinə həsr olunan XII Milli Məhkəmə Müsabiqəsinə maddi
yardımla bağlı müraciətlərinə baxılıb və maddi dəstək göstərilməsi ilə bağlı
Rəyasət Heyəti tərəfindən müsbət qərar qəbul olunub.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə
baxılıb.

Source link