Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün test imtahanı keçirilib –
YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dövlət İmtahan Mərkəzinin Kompüter Mərkəzində Azərbaycan Respublikasının
Vəkillər Kollegiyası və Dövlət İmtahan Mərkəzi ilə birgə AR Vəkillər
Kollegiyasına və Naxçıvan MR Vəkillər Kollegiyasına vəkilliyə qəbul üzrə yazılı
test imtahanı keçirilib.
Bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin
inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas
imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, yeni üzvlərin, xüsusən
gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması barədə tövsiyəsi
rəhbər tutularaq daimi əsaslarla aparılan sənəd qəbulu nəticəsində 3 saat davam
edən imtahanda ümumilikdə 284 nəfər iştirak edib. AR Vəkillər Kollegiyasına
sənəd verən 264 namizəddən 54 nəfəri, Naxçıvan MR Vəkillər Kollegiyasına sənəd
verən 20 namizəddən 14 nəfəri uğur qazanıb.
Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və
qeyri-hökümət təşkilatlarından müşahidəçilər, televiziya və mətbuat
nümayəndələri iştirak edib.
AR Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı test
mərhələsindən uğur qazanmış namizədlər Sənəd Qəbulu Komissiyasına 2023-cü il
dekabr ayının 1-dən 29-dək aşağıdakı sənədləri təqdim etməlidirlər:
– Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada
ərizə;
– Yazılı test mərhələsinin yekun nəticəsinə dair məlumat vərəqəsi;
– Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
– Ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti;
– Əmək kitabçasının notarial qaydada və ya iş yerində təsdiq edilmiş surəti;
– Əqli cəhətdən sağlamlıq barədə tibbi arayış;
– 3×4 sm və 4×6 sm ölçüdə hər ölçüdən 4 ədəd (cəmi 8 ədəd) rəngli fotoşəkil;
– Vəkilin şəxsi məlumat vərəqəsi;
– Tərcümeyi-hal.
Naxçıvan MR Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı
test mərhələsindən uğur qazanmış namizədlərə ixtisas imtahanlarının şifahi
müsahibə mərhələsi ilə bağlı əlavə məlumat veriləcəkdir.
Vəkilliyə qəbul üçün təqdim olunmuş sənədlərlə ilkin doldurulmuş ərizə-anket
formasında qeyd olunmuş məlumatlar arasında ziddiyyət aşkar olunarsa və ya
namizəd vəkilliyə qəbul üçün lazım olan tələblərə cavab verməzsə, növbəti
mərhələyə buraxılmayacaqdır.
AR Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı test
mərhələsindən uğur qazanmış namizədlərin siyahısını təqdim edirik:
1. Toğrul Abbas oğlu Abbaslı
2. Turab Kamil oğlu Abbasov
3. Raziyyə Arzu qızı Abbasova
4. Cavid Cavanşir oğlu Abduləzimov
5. Aytən İlqar qızı Ağayeva
6. Nuray Adil qızı Ağayeva
7. Sərvan İlyas oğlu Ağcayev
8. Şükriyyə Vüqar qızı Aydınlı
9. Cavid Zahid oğlu Babayev
10. Əsmər Rövşən qızı Babayeva
11. Elnarə Ağabala qızı Bağırova
12. Jalə Surxay qızı Cabbarova
13. Cavid Əhməd oğlu Camalzadə
14. Günay Tahir qızı Cavadova
15. Elnur Mirabtalıb oğlu Cəfərov
16. Nicat Marif oğlu Cəfərov
17. Seyran Şəmsəddin oğlu Dadaşov
18. Nərmin Vaqif qızı Davudlu
19. Leyla Nizami qızı Əhmədova
20. Emil Zinyəddin oğlu Əliyev
21. Əsəd Nazim oğlu Əliyev
22. İsmayıl Əlimusa oğlu Əliyev
23. Nigar Zeynal qızı Əliyeva
24. Nicat Pənah oğlu Əmiraslanlı
25. Ruslan Rüstəm oğlu Əsgərov
26. Fatimə Ağalar qızı Əzizli
27. Toğrul Adışirin oğlu Hacı-Salmanov
28. Musa Çırax oğlu Hacıyev
29. Orxan Qəhrəman oğlu Həsənov
30. Ofelya Xanlar qızı Həsənova
31. Eltac Sadiq oğlu Hüseynli
32. Səttar Sabir oğlu İbrəhimov
33. Elniz Mübariz oğlu İsayev
34. Səbinə İmran qızı İsmayılova
35. Ərtoğrul Azər oğlu Kazımlı
36. İlkin Camal oğlu Kərimov
37. Aytac Fəxrəddin qızı Məmmədli
38. Nicat Vasif oğlu Məmmədov
39. Qürbət Məmməd oğlu Məmmədov
40. Leyla Şirzad qızı Məmmədova
41. Seymur Sabir oğlu Mütəllimzadə
42. Şulan Tofiq oğlu Nağıyev
43. Ülvi Bilman oğlu Nağıyev
44. Kənan Mahmud oğlu Niyazlı
45. Kamran Ağamalı oğlu Qafarlı
46. Nuranə Nurəddin qızı Qasımlı
47. Aytac Möhsüm qızı Qəhrəmanova
48. Fəridə Zakir qızı Qurbanova
49. Fuad Məhəmməd oğlu Rüstəmli
50. Esmira Qurban qızı Rzayeva
51. Günel Soltan qızı Şirinova Əsədova
52. Nigar Yədulla qızı Tağızadə
53. Elnur Cabir oğlu Xalıq
54. Bayram Tofiq oğlu Orucov
Naxçıvan MR Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı
test mərhələsindən uğur qazanmış namizədlərin siyahısını təqdim edirik:
1. Hafiz Zeynal oğlu Dünyamalıyev
2. Cəlil Əmir oğlu Əlirzayev
3. Adəm Qurban oğlu Əliyev
4. Aygün Elman qızı Əlizadə-Musəvi
5. Vüsal Rzaqulu oğlu Həsənli
6. Qafar Rövşən oğlu Həsənov
7. Bəhlul Qaqubəli oğlu Hüseynov
8. Rüstəm Yusif oğlu Məhərrəmov
9. Əli Fizuli oğlu Novruzov
10. Azad Bəhram oğlu Nuhov
11. Atilla Əsgər oğlu Öztürk
12. Əziz Kamal oğlu Qasımov
13. Azad İsa oğlu Rəcəbov
14. Elçin Aqil oğlu Şahbazov
19:14
Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyası ilə birgə 2023-cü il noyabrın 5-də
Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Vəkillər
Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
Mərkəzdən verilən məlumata görə, imtahan kompüterlər vasitəsilə elektron
qaydada 2 növbədə təşkil olunub. Namizədlər imtahanı bitirdikdən sonra onlara
nəticələri haqqında arayış təqdim olunub.
Xatırladaq ki, imtahanda iştirak etmək üçün 294 namizəd qeydiyyatdan keçib. 10
namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 284 namizəddən 68 nəfər uğur
qazanaraq növbəti mərhələyə buraxılıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 6 və 7 noyabr
tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Bakı şəhəri,
Nəsimi rayonu, Ak., Həsən Əliyev, 299) fəaliyyət göstərəcəkdir.
10:32
Dövlət İmtahan Mərkəzində (DİM) Vəkillər Kollegiyasının üzvlüyünə namizədlərin
növbəti seçim prosesi keçirilir.
Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, iki qurumun birgə əməkdaşlığı çərçivəsində təşkil olunmuş
imtahanda 294 nəfər vəkilliyə namizəd iştirak edir.
İmtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid hər biri 1 balla
qiymətləndirilməklə 100 test sualı təqdim olunub.
İmtahan saat 10:00-dan və 15:00-dan başlayaraq 3 saat ərzində kompüterlər
vasitəsilə elektron qaydada DİM-in kompüter mərkəzində elektronlaşdırılmış
qaydada həyata keçirilir.
İmtahanın şəffaflığının təmin edilməsi məqsədilə bir çox yerli və beynəlxalq,
habelə dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər dəvət olunub,
media nümayəndələrinin iştirakı təmin edilib.
İmtahanın təşkili və namizədlərin tərkibinə dair statistik məlumatlara
gəldikdə isə qeyd olunmalıdır ki, regionlar üzrə namizədlərin təmsil olunma
nisbəti Bakı şəhəri üzrə 56,1 faiz, respublikanın digər regionları üzrə isə
43,9 faizdir. Say nisbəti baxımından imtahanda Azərbaycanın əksər regionları
təmsil olunur, bu isə öz növbəsində gələcəkdə regionlarda vəkil çatışmazlığının
nisbətən aradan qaldırılmasına imkan verəcək. Namizədlərin 12,3 faizi xarici,
87,7 faizi yerli ali təhsil müəssisələrində təhsil alıblar ki, bu siyahıda ilk
yeri 45,2 faiz ilə Bakı Dövlət Universiteti tutur.
Yaş kateqoriyası baxımından 40 yaşadək olan namizədlər ümumi namizədlərin 66
faizini təşkil edir. Qadın namizədlər 27 faiz, kişi namizədlər isə 73 faizdir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının
imtahanda iştirak edən namizədləri 7 faiz təşkil edir.
Daha çox foto burada: PhotoStock.az