9ecd8f54-d98f-446f-8ca7-17e8ffca0b94.jpg

Vəkillər Kollegiyasının sədri məişət zorakılığından DANIŞDI

Baxış sayı: 223 dəfə baxılıb.

“Məişət zorakılığının qarşısının alınması sahəsində effektiv mübarizə üçün
yalnız qanunvericiliyin təkmilləşdirilməsi kifayət deyil”.

“Report” xəbər verir ki, bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə vəkillər və
hakimlər üçün keçirilən “Məişət zorakılığı ilə mübarizə və məişət
zorakılığından zərər çəkmiş şəxslərlə davranış” mövzusunda təlimdə deyib.

O bildirib ki, problemin həlli kompleks yanaşma tələb edir və bu yanaşmanın
əsas komponentlərindən biri müxtəlif qurumlar arasında koordinasiyalı işin
təşkil olunmasıdır:

Anar Bağırovun sözlərinə görə, komitə ilə birgə əməkdaşlıq çərçivəsində
kollegiya ilə komitə arasında məişət zorakılığından zərərçəkmiş şəxslərə hüquqi
yardım göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb:

“Memoranduma əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri, eləcə də
müvafiq qeyri-dövlət yardım mərkəzlərindən Vəkillər Kollegiyasına müraciət
daxil olduqda, kollegiyanın təyin etdiyi vəkil tərəfindən məişət zorakılığından
zərər çəkmiş şəxsə müvafiq “Pro Bono” hüquqi dəstək xidməti göstərilir”.

Source link