Vəli Qasımov: Mourinyu kimi məşqçi bizə lazım deyil

Baxış sayı: 3. 608 dəfə baxılıb.

Vəli Qasımov: Mourinyu kimi məşqçi bizə lazım deyil

Azərbaycan futbolunun veteranı Vəli Qasımov milli komandaya təyin ediləcək məşqçi ilə bağlı fikirlərini bölüşüb.

ÇıxışYolu.Com-ın aməlumatına görə, onun sözlərini azerisport saytı sitat gətirib.

“Yığmaya hansı məşqçi lazımdır? Aydındır ki, yeni baş məşqçi əcnəbi olacaq. Bu halda ümid edirəm ki, seçim yığma komanda ilə və gənc futbolçularla çalışmış təcrübəli məşqçinin lehinə olacaq. Mümkün namizədlərin adlarını sadalamayacam. Əminəm ki, AFFA lazım olan şəxsi tapacaq. Yığma komanda AVRO-2020-nin seçmələrində asan olmayan qrupa düşüb. Gələcək baş məşqçinin vaxtı çox olmayacaq.

Amma mən dəqiq bilirəm ki, Joze Mourinyu səviyyəsində olan məşqçilər bizə heç nə ilə yardım edə bilməyəcək. Bizə belə məşqçi lazım deyil. Bizə gənc oyunçulara da diqqət yetirən mütəxəssis lazımdır. Mourinyu karyerasının çox hissəsini “ulduz”larla çalışıb. O, Azərbaycan yığmasının səviyyəsində olan bir komanda ilə çalışa bilməyəcək”, – deyə V.Qasımov fikrini tamamlayib.

www.ÇıxışYolu.Com