Vəli Qasımov yubileyində üç qol vurdu

Baxış sayı: 3. 499 dəfə baxılıb.

Vəli Qasımov yubileyində üç qol vurdu

Millimizin sabiq futbolçusu Vəli Qasımovun 50 illiyi münasibəti ilə özəl futbol matçı keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycan futbol veteranları ilə Vəli Qasımovun əcnəbi dostları arasında “Bayıl Arena”da keçirilən matç 5:5 hesablı heç-heçə ilə bitib.

Azərbaycandan başqa, Ukrayna, Rusiya, İspaniya və Portuqaliyada çıxış etmiş Vəli Qasımov ilk hissədə bizim veteranların, fasilədən sonra isə qonaqların heyətində oynayıb. 

Azərbaycan veteranlarından Vəli Qasımov (penalti), Samir Ələkbərov (iki qol), Yunis Hüseynov Tərlan Əhmədov adını tabloya yazdırıb.

Qonaq komandanın heyətində isə Valeri Şmarov (iki qol), Vəli Qasımov (iki qol) və İqor Kolıvanov fərqlənib.

S.M.
www.ÇıxışYolu.Com