Dərmanlara davamlı vərəm ildən-ilə artmaqda davam edən təhlükə olaraq qalır.
Səhiyyə Nazirliyindən ÇıxışYolu.Com-a verilən məlumat görə, keçən il ölkədə vərəmlə xəstələnmə halları hər 100 000 əhaliyə 39.8 təşkil edib:
“Bundan başqa, 2016-cı ildə dünyada 6.3 milyon yeni vərəm xəstəsi aşkar edilib və qeydiyyata alınıb. Vərəmin ən çox yayıldığı ölkələr Hindistan, İndoneziya, Çin, Pakistan və Filippindir.
6.3 milyon yeni vərəm xəstəsi arasında 490 000-i dərmanlara davamlı vərəm xəstəsidir. Azərbaycanda vərəm infeksiyası ilə əlaqədar epidemioloji vəziyyət stabildir”, – deyə nazirlik açıqlayıb.