15efafb6-2859-4669-a60a-11ed7b15ba73..jpg

Vətənə geri qayıdan Fədayə Laçın tanınmaz halda – FOTO

Baxış sayı: 495 dəfə baxılıb.

Vətənə geri qayıdan Fədayə Laçın tanınmaz halda – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Fədayə Laçın uzun müddətdən sonra Azərbaycana gəlib.

Bizim.media xəbər verir ki, bu haqda sənətçi hava limanında açdığı canlı yayım
zamanı bildirib.

Fədayə Vətənə gəlməsini Oğuzda toy mərasiminə dəvət ilə əlaqələndirib:

“Hazırda hava limanındayam. Azərbaycana gəlirəm. Üç gün Vətəndə olacağam.
Gəlməyimin səbəbi isə Oğuz rayonunun Muxas kəndində keçirilən toyla
əlaqədardır. Məclisdə çıxış edəcəyəm. Çox güman ki, axşam saatlarında başlayan
toy səhərə kimi davam edəcək. Səhərə qədər oxuyacağam və çox yorğun olacağam.
Oktyabrın 24-də isə Moskvaya geri qayıdacağam”.

Müğənni bildirib ki, toydan sonra Bakıya gəlib bir neçə televiziya
proqramlarına çəkiləcək və verilişlərdə qonaq olacaq.

Fədayə həmçinin bu aylar ərzində 10 kiloqram kökəldiyini vurğulayıb:

“Yaman kökəlmişəm. 55 kiloqram çəkim vardı. İndi isə 65 kiloqramam. Kökəlmək
yaxşı bir şey deyil. İnsan özünü narahat hiss edir. Əslində mənə çox arıq olmaq
da yaraşmır. Düzdür, üzdən mənə kökəlmək yaraşsa da, amma bədən formamda
yaraşmır. İştaham yaxşıdır, yeyirəm kökəlirəm. Artıq çəki aldığıma görə özümdən
xoşum gəlmir. 47 yaşım var. Axı mənim nə yaşım var…”.

Müğənni oğlu Əhləmdən də söz açıb:

“Əhləm bir müddət əvvəl Bakıda idi. Üç ay qaldı, sonra Rusiyaya – yanıma geri
döndü. İndi isə oğlum işləri ilə əlaqədar Türkiyədədir”.

Qeyd edək ki, Fədayə oğlu Əhləmlə birlikdə uzun müddətdir Rusiyada yaşayır.
Onlar Moskvada restoran biznesi ilə məşğul olurlar.

Source link