Vətən müharibəsi iştirakçısı niyə əlillik ala bilmir? – AÇIQLAMA
Vətən müharibəsi iştirakçısı əlillik ala bilmir.
Cixisyolu.com-ın məlumatına görə, Bakı şəhər sakini Hüseynli Rəsul Hüseyn oğluna
posttravmatik stress pozuntusu əlamətləri qoyulsa da, əlillik təyinatından
imtina edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza
və Reabilitasiya Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiriTural
Qurbanov Cixisyolu.com-ın sorğusuna cavab olaraq bildirib ki, R.Hüseynli 15.03.2022
tarixdə agentlikdə əyani müayinə edilib:
“Onun sağlamlıq vəziyyətinin müayinəsi zamanı anamnestik məlumatlara əsasən,
medikamentoz müalicələrinin effektiv olduğu, hazırda yüngül posttravmatik
stress pozuntusu əlamətləri qeydə alınsa da, əlillik təyinatına əsas verən
psixoproduktiv əlamətlərinin olmadığı müəyyən edilib”.
O qeyd edib ki, bu səbəbdən əlillik təyinatından imtina edilib.
Qeyd edək ki, son zamanlar qazilərin əlillik ala bilməməsi ilə bağlı məlumatlar
yayılır
İlhamə Əbülfət