a12cb2dd-7591-4119-ad7f-4fcd15a580f1.jpg

Vətən müharibəsi iştirakçısı olan artilleriya divizionunun komandiri vəfat etdi

Baxış sayı: 392 dəfə baxılıb.

Biləsuvarda Vətən müharibəsi veteranı vəfat edib.

Lent.az-ın xəbərinə görə, Cəlal Adıböyük oğlu Rəhimov bu səhər ürəktutmadan
dünyasını dəyişib.

O, doğulduğu Biləsuvar rayonunda dəfn edilib.

40 yaşlı C.Rəhimov 2005-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib.
Azərbaycan Ordusunun zabiti kimi cəbhə bölgəsində Vətənə şərəflə xidmət edib.
Qüsursuz xidmətlərinə görə çoxsaylı orden və medallara layiq görülüb.

Mayor C.Rəhimov Vətən müharibəsində Füzuli, Xocavənd, Tuğ və Şuşa uğrunda
qəhrəmancasına döyüşüb. Artilleriya komandiri olub.

Qeyd edək ki, veteran müharibədən sonra Şuşada yerləşən hərbi hissədə
artilleriya divizionunun komandiri vəzifəsində çalışıb. Bir il idi ki, ehtiyata
buraxılmışdı. Subay idi.

Source link