5cb010a3-532f-4ed4-88d1-84802d23a91c..jpg

Vətən müharibəsi iştirakçısı olan müəllimlər məktəb direktoru təyin olunublar

Baxış sayı: 905 dəfə baxılıb.

Vətən müharibəsi iştirakçısı olan müəllimlər məktəb direktoru təyin olunublar

Vətən müharibəsi iştirakçısı, manqa komandiri olan müəllim direktor təyin
olunub.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, Vətən müharibəsi iştirakçısı
Nicat İqbal oğlu Babazadə Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə şagird
sayı 500-ə qədər olan ümumtəhsil müəssisələrində vakant olan direktor vəzifəsi
üzrə müsabiqə və müsahibə mərhələlərində uğur qazanaraq, elm və təhsil
nazirinin müvafiq əmri ilə Yardımlı rayonu Kürəkçi kənd R.C.Əliyev adına tam
orta məktəbin direktoru vəzifəsinə təyinat alıb.

Yardımlı rayonu R.C.Əliyev adına Kürəkçi kənd tam orta məktəbin coğrafiya
müəllimi olan Nicat Babazadə Füzuli və Xocavənd rayonlarının düşməndən azad
olunması zamanı manqa komandiri kimi ona verilən tapşırıqları layiqincə yerinə
yetirib.

N.Babazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq
sərəncamına əsasən, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad
olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Vətən müharibəsi
iştirakçısı” medalları və “Azərbaycan Respublikası müharibə veteranı” vəsiqəsi
ilə təltif olunub.

Source link