Vətən müharibəsi qazilərinin kredit borcları silinəcək – AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan bankları bir sıra əlavə müraciətlər əsasında Vətən müharibəsi
qazilərinin kredit borclarını siləcək”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Banklar
Assosiasiyası”nın sədri Zakir Nuriyev bildirib.
“Son antiterror əməliyyatları zamanı və onda öncə Vətən müharibəsində həlak
olan şəxslərin və ailə üzvlərinin banklara olan borcları tamamilə silinib. Eyni
zamanda qazilərimizin kredit borclarına hesablanmış faizlər dayandırılıb.
Bundan başqa bir sıra əlavə müraciətlər əsasında mövcud borcların silinməsi
həyata keçiriləcək. Qarşıdakı dövrdə də Azərbaycanın bank və sığorta sistemləri
qarşılıqlı şəkildə mövcud olan, meydana çıxan biləcək problemlərin həllinə
yaxından dəstək verəcək”, – deyə Z.Nuriyev əlavə edib.