a17b9173-793b-44d1-a7a3-4c6dcd1a397e..jpg

Vətən müharibəsi qazisi: “Qələbə xəbəri ayağımın acısını unutdurdu” – FOTO/VİDEO

Baxış sayı: 557 dəfə baxılıb.

Vətən müharibəsi qazisi: “Qələbə xəbəri ayağımın acısını unutdurdu” –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vətən müharibəsi zamanı bizə növbəti döyüş tapşırığı gəldi. Ermənilərin iki
postunun arasında yerləşən mövqeyi ələ keçirdik. Səhər hava işıqlananda düşmən
gördü ki, yaxınlıqdakı həmin postda Azərbaycan Bayrağı dalğalanır. Təşvişə və
qorxuya düşən erməni hərbçiləri öz mövqelərinə atəş açmağa başladılar”.

Bunu AZƏRTAC-a açıqlamasında Vətən müharibəsində sol ayağını itirən,
Azərbaycan Ordusunun ehtiyatda olan zabiti, baş leytenant Xəyal Quliyev deyib.

Qurbanov Xəyal Tanrıverdi oğlu 1983-cü il fevralın 4-də Gəncə şəhərində anadan
olub. Orta təhsilini Gəncə şəhər 28 nömrəli orta məktəbdə alan Xəyal 2000-ci
ildə o vaxtkı Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına (indiki Azərbaycan
Dövlət Aqrar Universiteti) daxil olub. Universiteti bitirdikdən sonra 2008-ci
ildən 2014-cü ilə qədər Gəncə Avtomobil Zavodunda çalışıb. Ehtiyat zabit
hazırlığı kursuna müraciət edən Xəyal 2014-cü ildən Azərbaycan Ordusunun
sıralarında leytenant kimi xidmətə başlayıb.

“İstehkamçı olduğumuza görə kəşfiyyat bölmələri ilə birgə hərəkət edirdik.
Düşmən ərazidə həddindən çox mina basdırmışdı, bizim minaaxtaran vasitələrimiz
hər dəqiqə xəbərdarlıq siqnalı verirdi. Hiyləgər düşmən minaları dərinə
basdırmaqla yanaşı, müxtəlif vasitələrlə onun üzərini örtmüşdü ki, bizim
gözümüzdən yayınsın. Minaya düşəndə isə torpaqlarımız uğrunda müharibədə sona
kimi iştirak edə bilməyəcəyimə görə çox məyus oldum,” – deyə qazi bildirib.

X.Qurbanov xidməti dövründə tağım komandiri, bölük komandiri, Mühəndis Xidməti
rəisinin köməkçisi və rəisi vəzifələrini icra edib. 19 oktyabr 2020-ci ildə
döyüş tapşırığı yerinə yetirərkən düşmən tərəfindən basdırılan piyada əleyhinə
minaya düşərək sol ayağını itirib.

Qazimiz Qələbə xəbəri ilə ayağının acısını unutduğunu, bir zabit kimi
əsgərlərimizin cəsarətinə heyran qaldığını deyib:

“Kiçik qruplar halında döyüş əməliyyatları yerinə yetirirdik. Bir qrup
əməliyyatdan qayıdıb istirahət edir, növbəti qrup əməliyyata yollanmalı olurdu.
Döyüş tapşırığından gələn əsgərlər, yenidən döyüşə can atırdı. Hər kəs sinəsini
qabağa verirdi”.

Vətən müharibəsi qazisi Xəyal Qurbanov ölkə başçısının şəhid ailələrinə və
müharibə əlillərinə göstərdiyi qayğı və diqqət nəticəsində mənzil və
avtomobillə təmin olunub. Həmçinin, Vətən müharibəsindəki şücaətinə görə
Müzəffər Ali Baş Komandanİlham Əliyev tərəfindən “Suqovuşanın azad olunmasına
görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif
edilib.


Source link