4ef9f61b-b52f-4569-97f4-aba68bf03352..jpg

Vətən müharibəsi qazisinin tibbi xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

Baxış sayı: 584 dəfə baxılıb.

Vətən müharibəsi qazisinin tibbi xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən
verilən məlumata görə, Vətən müharibəsi qazisi Arif Yusubovun tibbi xərcləri
“YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Qeyd edək ki, ərazi bütövlüyümüz uğrunda döyüşlərdə ağır yaralanan Arif
Yusubov “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və 3-cü dərəcəli
“Qüsursuz xidmətə görə” medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni
ilə təltif olunub.

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı
yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (
https://yashat.gov.az/report/tableau )
bölməsindən əldə etmək mümkündür.

Source link