b6662490-c597-4adf-a536-240e1c6b815f..jpg

Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib – VİDEO

Baxış sayı: 1. 872 dəfə baxılıb.

Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib –
VİDEO

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Elvin
Şükürlünün xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, rayon icra
hakimiyyətinin əməkdaşları, hərbi təhsil müəssisəsinin professor-müəllim
heyəti, kursantlar, şəhidin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşları
iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi,
müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik
sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının
Dövlət Himni səsləndirilib.

Mərasim iştirakçılarına E.Şükürlünün ömür və döyüş yolundan bəhs edən
videoçarx nümayiş olunub, musiqili ədəbi-bədii kompozisiya təqdim edilib.

Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun
qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın
göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.

Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə
də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə
minnətdarlıqlarını bildiriblər.

Anım mərasimində şəhidimizə həsr olunan şeirlər, Həzi Aslanov adına Ordu
İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən vətənpərvərliyi və
qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.


Source link