8f8d7721-a409-41f0-904a-92de77a0e420..jpg

Vətən müharibəsi şəhidlərinin Anım Gününə hazırlıq işləri yekunlaşıb – FOTO

Baxış sayı: 456 dəfə baxılıb.

Vətən müharibəsi şəhidlərinin Anım Gününə hazırlıq işləri yekunlaşıb – FOTO

Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaq.

“Report” xəbər verir ki, artıq Anım Gününə hazırlıq işləri yekunlaşıb.

Bakının küçə və prospektlərində 27 sentyabrla bağlı plakatlar asılıb, Vətən
müharibəsi barədə şüarlar yazılıb.

Binaların eyvanlarından isə Azərbaycan bayraqları asılıb.

Eyni zamanda, Vətən müharibəsi şəhidlərinin dəfn olunduğu II Şəhidlər
xiyabanında da hazırlıq işləri başa çatıb.

Qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-də müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı
qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki
əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum
əməliyyatlarına başlayıb. Müharibə 2020-ci ilin noyabrın 10-da Azərbaycanın tam
qələbəsi ilə başa çatıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən,
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda
canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram
əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.

Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla
yad ediləcək.

Source link