Vətən müharibəsindən sonrakı dövrdə mina terroru nəticəsində 65 nəfər həlak
olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Vətən müharibəsindən sonrakı dövrdə 350 nəfər mina terroruna məruz qalıb,
onlardan 65-i həlak olub”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə
Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina
Təhlükəsi ilə Mübarizəyə Yardım Gününə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, mina hadisələrinin dinamikası azalma üzrə gedir:
“Mina qurbanlarının 70 faizdən çoxu mülki şəxslərdir. Onların arasında bütün
yaş kateqoriyalarından insanlar var”.
V.Süleymanov bildirib ki, ümumilikdə Azərbaycanda mina qurbanlarının sayı
3429 nəfər təşkil edir:
“Həmin şəxslərdən 595 nəfəri həyatını itirib. 3429 nəfər zərərçəkəndən 357
nəfəri uşaq, 38 nəfəri qadındır”.