2020-ci il oktyabrın yeddisi – bizi torpaqlarımızın azadlığına aparan Vətən
müharibəsinin on birinci günü.
Cixisyolu.com xatırladır ki, dörd il əvvəl bu gün Prezident, Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində
operativmüşavirə
keçirilir.
Müdafiə Nazirliyi məlumat
cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun
endirdiyi zərbələr nəticəsində düşmən xeyli itki verir. Düşmənin 10-dək tankı,
altı ədəd “D-20” topu, bir ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu,
30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilir. Ermənistan
ordusunun müdafiə xətlərində yerləşən bölmələrinin bir qrup əsgəri döyüş
mövqelərini özbaşına tərk edərək fərarilik edirlər.
Azərbaycan Prezidenti İlham Əliyev CNN-Türk
və “Euronews”
telekanallarına müsahibə verir.
Müdafiə Nazirliyi Ermənistan ordusunun məhv edilmiş döyüş texnikasının
siyahısını
açıqlayır: Sentyabrın 27-dən oktyabrın 7-dək düşmənin 250-dək tank və digər
zirehli texnikası, 270-dək artilleriya, yaylım atəşli raket sistemləri və
minaatanı, 60-dək hava hücumundan müdafiə vasitəsi, 11 komanda-idarəetmə və
komanda-müşahidə məntəqəsi, səkkiz silah-sursat anbarı, 150-dək avtomobil
texnikası və bir ədəd “S-300” zenit-raket kompleksi məhv edilir.
Müdafiə Nazirliyi Ermənistan hərbçilərinin döyüş meydanında qoyub qaçdıqları
texnikanın, həmçinin düşmən ordusuna məxsus bir neçə döyüş texnikasının məhv
edilməsininvideogörüntülərini
paylaşır.
Azərbaycan Respublikası Baş Prokurorluğunun oktyabrın 7-nə olan məlumatına
görə, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya
qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində həlak
olmuş mülki şəxslərin sayı 30-a, xəsarət alanların sayı isə 143-ə çatır, 66
mülki obyektə və 427 evə ciddi ziyan dəyir.
Baş Prokurorluq həm də Ermənistanın qadağan olunan bombadan istifadə edərək
Bakı-Tbilisi-Ceyhan
boru kəmərini hədəfə alması ilə bağlı məlumat yayır.
Məlumatda qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinin silahlı
birləşmələrinin üzvləri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından
istifadə etməklə oktyabrın 6-da saat 18:30-da Azərbaycan Respublikasının Yevlax
rayonunun silahsızlaşdırılmış zonaları, habelə hərbi hədəf olmayan, aydın
görünən, fərqləndirilən və xam neft və kondensat ixrac edən kəmərləri hədəfə
almaqla, eləcə də döyüşlərdə iştirak etməyən, hərbi əməliyyatlar aparılan
ərazidən ən azı 50 kilometrdən artıq məsafədə yerləşən Yevlax rayonunun Aran
qəsəbəsi istiqamətində beynəlxalq hüquqla qadağan edilmiş silahları, müharibə
vasitələrini və üsullarını tətbiq edib mülki obyektlərə əhəmiyyətli zərər vura
bilən qurğulara raketlə hücum etməklə 9M525 qəlpəli “Smerç” nəslindən olub
böyük dağıdıcı qüvvəyə malik, içərisində 300 ədəd 9N235 bombacıqları olan
reaktiv yaylım atəşli raketdən atəş açıb.
Raketin Azərbaycan Silahlı Qüvvələri tərəfindən havada zərərsizləşdirilməsi
nəticəsində onun içərisində olan bombacıqlardan bir hissəsi Yevlax rayonunun
Aran qəsəbəsindən keçən, diametri 42 düym olan Cənub Qafqaz Genişlənmiş Boru
kəmərinin boru xəttinin üzərinə, bir hissəsi həmin ərazidən keçməklə xam nefti
Qara dəniz sahilinə nəql edən Qərb İxrac Boru kəmərindən 120 metr məsafəyə,
digər hissələri isə həmin qəsəbədən keçən Bakı-Tbilisi-Ceyhan neft kəmərindən
100 metr məsafəyə səpələnib.
Həmçinin, oktyabrın 7-də Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA)
Ermənistan-Azərbaycan dövlət sərhədinin Ağstafa rayonu sahəsində uçuş keçirməyə
cəhd göstərərkən Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar
olunaraqdərhal məhv edilir.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun azad etdiyi
və üçrəngli bayrağımızın dalğalandığı Suqovuşan ərazisinin “Azersky” peykindən
əldə olunmuş təsviri təqdim edilir.
Əzizə İsmayılova